Polşa bəzi hərbi hissələrini yüksək hazırlıq vəziyyətinə gətirir. SİA Frans-Presə istinadən xəbər verir ki, bu barədə Polşa hökumət kabinetinin sözçüsü Pyotr Müller Polşaya raket zərbəsindən sonra Varşavada keçirilən Milli Təhlükəsizlik Şurasının təcili iclasından sonra jurnalistlərə bildirib.
"Bəzi döyüş hissələrinin və digər hərbi xidmətlərin hazırlıq vəziyyətinin yüksəldilməsi barədə qərar qəbul edilib", o deyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB