Polşanın Ukrayna ilə həmsərhəd ərazidə yerləşən Pşevoduv kəndində baş vermiş partlayışla əlaqədar qonşu ölkələr Polşa ilə həmrəylik ifadə ediblər. SİA xəbər verir ki, ehtimal edilən raket zərbələrinə dair xəbərlərdən sonra Baltikyanı ölkələr, Slovakiya və Çexiyanın hökumət rəhbərləri məsələyə münasibət bildiriblər. Litvanın dövlət başçısı Gitanas Nauseda NATO ərazisinin hər metrinin müdafiə olunmalı olduğunu vurğulayıb və Polşa ilə böyük həmrəylik hissi keçirdiyini ifadə edib. Slovakiyanın Baş naziri Eduard Heqer qonşu ölkədə baş vermiş hadisədən dərin narahatlıq ifadə edib. Polşanın hökumət rəhbəri Petr Fuala isə Polşa ərazisinə Rusiya raketlərinin düşməsinin təsdiqini tapacağı təqdirdə gərginliyin yeni pilləyə qalxacağına dair xəbərdarlıq edib.
Qeyd edilməlidir ki, hadisə ilə bağlı Polşanın Baş naziri Mateuş Moravietski Nazirlər Kabinetinin Milli Təhlükəsizlik və Müdafiə Məsələləri üzrə Komitəsinin təcili iclasını çağırıb. Partlayış nəticəsində iki nəfərin həlak olduğu bildirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB