Polşa qırıcıları havaya qaldırdı

Polşa qırıcıları havaya qaldırdı

Polşa Hərbi Hava Qüvvələrinə məxsus təyyarələr havaya qaldırılıb. SİA xəbər verir ki, bu barədə Polşa mətbuatı məlumat yayıb.

Təyyarələr Polşa-Ukrayna sərhədində patrol uçuşları həyata keçirir. Bundan əlavə, NATO-ya məxsus pilotsuz uçuş aparatları da Polşa-Ukrayna sərhədində uçuşlar edir.

Qeyd edək ki, Rusiya bu gün Ukraynaya 100-ə yaxın raket atıb. Raketlərdən ikisi Polşa ərazisinə düşüb. Hadisə nəticəsində mülki şəxslərin həlak olduğu bildirilir. Polşa hökuməti hadisədən sonra təcili iclas çağırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə