Avstraliyanın Yeni Cənubi Uels əyalətində təsirli olan güclü yağış daşqınlara səbəb olub. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, Forbes, Eugovra və Molonq qəsəbəsindəki evləri su basıb. Bəzi evləri sel suları aparıb, bəziləri isə dağılıb.
Evlərində qapalı qalan yüzlərlə insan vertolyotlarla xilas edilib. Vyanqala bəndinin daşmasına səbəb olan güclü yağış səbəbindən bəzi yollara da böyük ziyan dəyib.
Qeyd edək ki, son 24 saatda yarısının yalnız bir şəhərdə olmaqla cəmi 222 xilasetmə işinin aparıldığını və 909 yardım çağırışına cavab verilib.
Müəllif: Abutel İlhamqızı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB