Türkiyə ilə İndoneziya arasında önəmli müqavilələr imzalanıb

Türkiyə ilə İndoneziya arasında müdafiə sənayesi, texnologiya, meşəçilik, ətraf mühit və inkişaf sahələrində əməkdaşlıq aparılmasını nəzərdə tutan 5 müqavilə imzalanıb.
Türkiyə ilə İndoneziya  arasında  önəmli müqavilələr imzalanıb

İndoneziyanın Bali adasında keçirilən G20 Sammitindən əvvəl Hilton Bali Resort-da Türkiyə və İndoneziya arasında ikitərəfli müqavilələrin imzalanma mərasimi keçirilib.

SİA-nın əldə etdiyi məlumata görə, xarici işlər naziri Mövlud Çavuşoğlu mərasimdə etdiyi çıxışında İndoneziyanın müdafiə naziri Prabovo Subiantoya, İstanbulun İstiqlal küçəsində baş verən partlayışla bağlı verdiyi başsağlığına görə təşəkkür edib. Türkiyənin ölkədə və bölgəsində terrorçuların kökünü kəsməyə davam edəcəyini vurğulayıb.

Bali adasında tarixi bir məqama şahidlik etdiyini deyən Çavuşoğlu, iki ölkə prezidentlərinin Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurası yaradılması qərarına toxunub. Son illər iki ölkə arasında əməkdaşlıqda mühüm irəliləyiş qeydə alındığını ifadə edən XİN Çavuşoğlu İndoneziyanın qlobal çətinliklərə baxmayaraq G20 Zirvə toplantısına uğurla sədrlik etdiyinə diqqət çəkərək: “ Türkiyə olaraq İndoneziya Prezidenti Vidodonun və onun rəhbərliyi altında ölkənin inkişafını yüksək qiymətləndiririk. İslam dünyasının iki böyük gücü olaraq əməkdaşlığımız dünya müsəlmanları üçün əhəmiyyət kəsb etməlidir.

İndoneziyanın müdafiə naziri Subianto da öz növbəsində dünən İstanbulda baş verən hücuma görə Türkiyeyə başsağlığı verib və imzalanan müqavilələrin iki ölkə arasında münasibətlərin dinamikliyini göstərdiyini vurğulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə