ABŞ prezidenti Cozef Bayden, Çinlə soyuq müharibədən qaçmağı tamamilə mümkün hesab edir.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, “mən tamamilə əminəm ki, yeni soyuq müharibəyə ehtiyac yoxdur”-deyə Bayden bildirib.
ABŞ prezidentinin sözlərinə görə, o, Çinin tezliklə Tayvanı işğal edəcəyinə dair heç bir əlamət görmür. Bayden həmçinin qeyd edib ki, Birləşmiş Ştatlar sözdə Çinin bir siyasətinə sadiq qalmaqda davam edir.
Bayden bildirib ki, o, Çin prezidenti Si Cinpinlə ABŞ və Çin nümayəndələrinin şəxsi görüşdə ölkə liderlərinin danışdıqları problemləri daha da öyrənmək üçün görüşəcəkləri ilə razılaşıb.
“Düşünürəm ki, biz bir-birimizi yaxşı başa düşürük”-deyən Bayden, Si Cinpinlə toxunduğu məsələləri də diqqətə çatdırıb.
ABŞ prezidenti əlavə edib ki, “mən hamı ilə, xüsusən də Çin Xalq Respublikasının lideri ilə ünsiyyətdə olanda mən düşündüklərimi deyirəm və dediklərimi də düşünürəm”. O danışıqlar zamanı Si Cinpin də onunla səmimi olduğunu qeyd edib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB