“UAEA-dan İrana qarşı siyasi təzyiq vasitəsi kimi istifadə edilməyə çalışılır”
İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasser Kənani Beynəlxalq Atom Enerjisi Agentliyini (UAEA) İrana siyasi təzyiq vasitəsi etməyə çalışıldığını bildirib. O, paytaxt Tehranda nazirlik binasında keçirdiyi mətbuat konfransında gündəmi dəyərləndirərək deyib: “İranın UAEA ilə yaxın və davamlı qarşılıqlı fəaliyyətinə baxmayaraq, Amerika Birləşmiş Ştatları (ABŞ) və üç Avropa ölkəsi tələsik və qeyri-konstruktiv davranış nümayiş etdirirlər. Onlar agentlikdən siyasi məqsədlər üçün istifadə etməyə və onu İran İslam Respublikasına qarşı təzyiq alətinə çevirməyə çalışırlar.
Bəzi dövlətlər İranla UAEA arasında münasibətləri pozmağa çalışır.
İranın nümayəndə heyəti Avstriyanın paytaxtı Vyanaya gedib və UAEA-nın rəsmiləri ilə görüşüb.
Qeyri-müəyyənlikləri həll etmək üçün konstruktiv ünsiyyəti davam etdiririk.
Beynəlxalq Atom Enerjisi Agentliyindən nümayəndə heyəti də İrana gələcək”.
Qeyd edək ki, SİA bu barədə Türkiyə saytlarına istinad edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB