Rusiya üçün hərbi texnologiya alıcılarına qarşı sanksiyalar tətbiq olunur
Bu arada ABŞ-ın maliyyə naziri Janet Yellen ABŞ-ın Rusiyaya hərbi texnologiyaların tədarükü ilə məşğul olan şəxs və şirkətlərin transmilli şəbəkəsinə qarşı yeni sanksiyalar tətbiq edəcəyini bildirib.
SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, amerikalı nazir Balidə keçirilən G20 sammiti çərçivəsində jurnalistlərə açıqlama verib.
Onun dediyinə görə, yeni sanksiyalar Rusiyanın hərbi əməliyyatlarına qarşı yönəlmiş kütləvi səylərimizin hələ ki, bir hissəsidir. Nazir, Rusiyanı sanksiyalar və ixrac nəzarəti vasitəsilə əsas avadanlıqlara çıxışdan məhrum edəcəklərini də istisna etməyib.
Yellenin sözlərinə görə, sanksiyalar 14 nəfər və 28 təşkilata, o cümlədən maliyyə vasitəçilərinə təsir edəcək. Maraqlıdır ki, nazir əlavə məlumat verməkdən imtina edib. ABŞ Maliyyə Naziri jurnalistlərə sanksiyaların bazar ertəsi günü rəsmi olaraq açıqlanacağını bildirib.
Xatırladaq ki, Rusiyanın Ukraynaya təcavüzündən sonra ABŞ Rusiyaya qarşı, o cümlədən Rusiya hərbi-sənaye kompleksinə qarşı bir sıra sanksiyalar paketi tətbiq edərək, onun elektronika və aerokosmik kimi sənayelərdə kritik resurslara çıxışını qadağan edib.
Diqqətinizə çatdıraq ki, SİA-nın da xəbər verdiyi kimi, ötən həftə Vaşinqton Rusiya iqtisadiyyatını artıq bazar iqtisadiyyatı hesab etməmək qərarına gəlib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB