Rusiya qoşunlarının Ukrayna ərazisindən çıxarılması danışıqlara başlamaq üçün ilkin şərt kimi Moskva üçün qəbuledilməzdir.
SİA-nın əldə etdiyi məlumata görə, bunu bu gün Rusiya xarici işlər nazirinin müavini Aleksandr Qruşko deyib.
Moskvanın danışıqlara hazır olduğunu deyən nazir müavini, prezident Vladimir Putinin “bu danışıqlarda yerlərdəki vəziyyətin nəzərə alınmasını” da xatırladıb.
Yeri gəlmişkən, noyabrın 11-də Rusiya xarici işlər nazirinin digər müavini Sergey Ryabkov da Rusiyanın ilkin şərtlər olmadan Ukrayna ilə dialoqa açıq olduğunu bildirmişdi.
Qeyd edək ki, Ukrayna prezidenti Vladimir Zelenski də danışıqlara getməyə hazır olduğunu bəyan edib. Amma qeyd edək ki, onun da öz şərtləri var: Rusiya qoşunları ölkənin bütün beynəlxalq səviyyədə tanınmış ərazilərindən, o cümlədən ilhaq edilmiş ərazilərdən və hətta Krımdan da çıxarılmalıdır.
Bu arada rəsmi Vaşinqton bu məsələlərdə Kiyevə heç bir təzyiq göstərmədiyini bəyan edib. ABŞ prezidenti Cozef Bayden isə münaqişənin sülh yolu ilə həlli şərtlərinin Ukraynadan asılı olduğunu vurğulayıb.
Xatırladaq ki, son günlər Ukrayna Silahlı Qüvvələrinin döyüş meydanında əldə etdiyi uğurlar fonunda müxtəlif ölkələrin siyasətçi və liderləri may ayında dayandırılmış danışıqların bərpasının mümkünlüyü barədə getdikcə daha çox danışmağa başlayıblar.
Onun da xatırladaq ki, tərəflər arasındakı sonuncu təkbətək görüş martın 29-da İstanbulda baş tutub.
Yeri gəlmişkən, Fransa prezidenti Emmanuel Makron bu gün yenidən münaqişə tərəflərini danışıqlar masasına qayıtmağa inandırmaq üçün diplomatik səyləri artırmağa çağırıb.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB