Yaponiyada 6,1 bal gücündə zəlzələ baş verib

Yaponiyada 6,1 bal gücündə zəlzələ baş verib

Yaponiyada episentri Mie prefekturasında yerləşən ərazidə 6,1 bal gücündə zəlzələ baş verib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, sunami riski olmasa da, ilk təsbitlərə görə can və ya mal itkisi olmayıb.

Yaponiya Meteorologiya Agentliyi (JMA) yerli vaxtla saat 17:09-da qeydə alınan zəlzələnin 350 kilometr dərinlikdə baş verdiyini açıqlayıb. Tokio, Fukusima və İbaraki də daxil olmaqla bir çox əyalətdə hiss olunub.

Müəllif: Ziya Hikmət oğlu

Bütün xəbərlər Facebook səhifəmizdə