Mobil telefonlar insan həyatı üçün təhlükə mənbəyidir MƏSLƏHƏT

Yeni texnologiyaların mövcudluğu insanın yaşayışında və dolanışığında müsbət dəyişikliklər yaradır. Amma elə texnologiyalar var ki, onlar insan həyatına zərər verir. Bu texnologiyalardan biri də mobil telefonlardır.

Mobil telefonlar insanların həyatına mənfi təsirlər də göstərir. Bunun nəticəsidir ki, mobil telefonlar bir sıra insanları yaxınları ilə münasibət qurmaqdan çox uzaqlaşdıraraq, təsiri altına salıb. İnsanlar mobil telefondan ehtiyac üçün deyil, daha çox internetdən və digər sosial şəbəkələrdən istifadə etmək, yazışmaq, videolara baxmaq və s. məqsədlər üçün istifadə edirlər. Bu mənada mobil telefonların həyatımızda oynadığı rol böyükdür.

Mobil telefon istifadəçilərinin sayı isə hər gün durmadan artır. Bəzi insanlar mobil telefonların ziyanını bilsə belə yenə də ona həyatlarının ayrılmaz hissəsi kimi baxırlar. Həmin insanlar internetin fəsadlarını bilsə də, artıq vərdiş halına çevrilmiş bu hobbini tərgidə bilmirlər. Bu insanlar hər gün saatlarla "Facebook"da və "Twitter"də otururlar. Belə olduğu təqdirdə isə vaxtını sosial şəbəkələrdə keçirən şagirdlərimiz və gənclərimiz artıq dərsləri ilə demək olar ki, məşğul olmurlar. Qəribəsi də budur ki, bu kimi gənclər buna "zamanın tələbi" deyərək, özlərinə haqq qazandırırlar.

Bu barədə psixoloqlar isə bildirirlər ki, bugünkü gənclər 20-30 il öncəki gənclərlə müqayisədə 3 saat gec yatır, nəticədə onlarda əsəb sisteminin pozulması halları yaşanır. Mobil telefonlardan istifadə eyni zamanda qida sisteminin pozulmasına da şərait yaradır. Bütün bunlar orqanizmdə dəyişiklik yaradaraq, müəyyən bir mutasiya prosesinə gətirir və təhlükə yaradır. Bununla da insanlar virtual məkanın sakininə çevrilir, reallığı itirirlər. Ailə ilə təmasda olmur. Artıq onun öz dünyası yaranır.

Həkimlər isə bildirirlər ki, mobil telefonların səsi orqanizmin qavrayıb cavab vermədiyi aşağı tezlikli səslər sırasına daxildir ki, bu da orqanizmə ziyandır, yəni eşitmə orqanının funksiyasını korlayır. Mobil telefondakı tezlik insanın normal eşitməsi üçün müəyyən olan tezliyə uyğun gəlmir. Gün ərzində mobil telefondan 35-45 dəqiqədən çox olmayaraq istifadə etmək lazımdır.

Mobil telefonlar həmçinin görmə qabiliyyətini zəiflədir. Belə ki, gözü kiçik ölçülü ekrana saatlarla zilləyib oyunlar oynamaq, ismarıclar yazmaq görməni zəiflədir və baş ağrıları yaradır. Şüanın təsirindən gözdə quruluq, qızartı əmələ gəlir, göz qapaqlarını açıb-bağlayarkən narahatlıq hissi yaranır.

Ümumiyyətlə, mobil telefondan istifadə yetkinlik yaşına çatmayanlarda göz zəifliyinə meyl yaradır. Erkən yaşlardan mobil telefondan çox istifadə edilsə, gənclər eynək problemi ilə üzləşə bilər. Mobil rabitə nevroz xəstəliyi yarada bilər ki, bu da bəzən tibbdə heç nə ilə izah olunmayan baş ağrılarının müşahidə edilməsinə, yuxusuzluğa səbəb olur.

Bütün bunlardan əlavə radiasiyanın insan orqanizminə ziyanı da hamıya məlumdur. Hətta, telefonu çarpayıya yaxın qoyub yatanda səhər baş ağrıları ilə oyanmaq mümkündür. Telefon söndürülmüş vəziyyətdə olsa belə onun insan orqanizminə ziyanı var. Mobil telefondan fəal istifadə kişilərdə sonsuzluq yarada bilər. Çünki o, xərçəng xəstəliyinin mənbəyidir.

Aparılan araşdırmalar mobil telefonların işi zamanı yaranan qısadalğalı, yüksək tezlikli, kiçik elektromaqnit şüalanmasının orqanizmin genetik strukturuna da təsir etdiyini təsdiqləyir.

Bir sözlə telefonu əyləncə vasitəsi kimi istifadə etmək olmaz. Çünki, telefon yalnız danışmaq üçün vasitədir.

Bütün xəbərlər Facebook səhifəmizdə