Ən istedadlı 60 gənc futbolçunun adları AÇIQLANDI - "The Guardian"

"The Guardian" 2005-ci il təvəllüdlü futbolçular arasında dünya futbolunun ən istedadlı 60 gənc futbolçusunu açıqlayıb. SİA xəbər verir ki, superliqa təmsilçisi “Fənərbağça”dan Arda Gülər ​​siyahıya daxil olarkən, “Qalatasaray”dan Beknaz Almazbekov da yer alıb. Bundan başqa, “Yuventus”da çıxış edən gənc türkiyəli futbolçu Kənan Yıldız da ilk 60-lıqda yer alıb. "Ümit" Milli Komandasında çıxış edən 17 yaşlı Kənan Yıldız da dünya futbolunun ən istedadlı oyunçularından biri kimi göstərilib. Gənc hücumçu futbolçu bu mövsüm Almaniyanın “Bavariya” klubundan İtaliya nəhəngi “Yuventus”a transfer olunub.

“The Guardian” 17 yaşlı Beknaz üçün britaniyalı idman yazıçısı Con Duerdendən də rəy alıb. Duerden, "Beknaz Almazbekov "Qalatasaray"da A Komandasına yüksəlib, oyunçu xüsusilə sağ tərəfdən ölümcül zərbələr vurur. Beknazın inkişafını ölkəsinin milli komandası da yaxından izləyir" dedi.

Bütün xəbərlər Facebook səhifəmizdə