Avropa çempionatına ev sahibliyi hüququ Ukraynadan alınıb

Kişi voleyboçular arasında 2023-cü il Avropa çempionatına ev sahibliyi etmək hüququ Ukraynadan alınıb. SİA-nın məlumatına görə, bu barədə Ukrayna Voleybol Federasiyasının prezidenti Mixail Melnik yerli mətbuata açıqlama verib.

Funksioner bildirib ki, Avropa Voleybol Konfederasiyası ölkədəki müharibə ilə əlaqədar belə qərar qəbul edib. Onun sözlərinə görə, əvəzində Ukrayna millisinə final mərhələsində iştirakı imkanı yaradılacaq.

Melnik 2025-ci ildəki Avropa çempionatını qəbul etmək üçün öz namizədliklərini irəli sürəcəklərini söyləyib.

Bütün xəbərlər Facebook səhifəmizdə