"Beşiktaş"ın İdman direktoru Ceyhun Kazancı qapıçı Ersin Destanoğlu ilə yeni müqavilə haqqında məlumat verib. SİA xəbər verir ki, o bunları qeyd edib: "Ersin çox xarakterli insandır. O, müqaviləsi bitən və pulsuz gedəcək futbolçu deyil. O, həyatını "Beşiktaş"a həsr etmiş biridir. Qapıçı istedadını müzakirə etmirəm. Onun da hər oyunçu kimi pis günləri də ola bilər. Heç bir problemi yoxdur. Onun müqaviləsi uzadılacaq, problemimiz yoxdur, prosedurlardır davam edir. Qapıçı ilə bağlı ümumi təsəvvür belədir ki, pis dövrdəyik. 15 zərbədən 10-u vuruldu. Çox vacib və etibarlı 3 qapıçımız var. Biz qapıçılarda ən şanslı komandayıq. Biz buna inanırıq”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB