Ötən mövsümün sonunda "Bavariya"dan ayrılan Korenten Tolissonun yeni klubu müəyyənləşib.
SİA Qol.az-a istinadən xəbər verir ki, fransalı yarımmüdafiəçi karyerasını vətənində davam etdirəcək.
28 yaşlı futbolçu bu gün "Lion"da tibbi baxışdan uğurla keçib. Onunla sabah 5 illik müqavilə imzalanacağı gözlənilir.
Qeyd edək ki, "Lion"un yetirməsi olan Tolisso 2013-2017-ci illərdə də bu komandada çıxış edib.
Bütün xəbərlər Facebook səhifəmizdə