PSJ Poçettino ilə razılığa gələ bilmir

PSJ baş məşqçisi Maurisio Poçettino ilə müqaviləyə vaxtından əvvəl xitam verrilməsi şərtləri ilə bağlı razılığa gələ bilmir.

SİA Qol.az-a istinadən xəbər verir ki, bu barədə goal.com məlumat yayıb. Argentinalı mütəxəssisin müqaviləsi daha iki il müddətinə nəzərdə tutulub. Ancaq Paris təmsilçisi onu yeni mövsüm başlamazdan əvvəl istefaya göndərmək qərarına gəlib. Lakin Poçettino müqaviləni vaxtından əvvəl ləğv etdikdən sonra ona verilməli məbləği tam ödəməyi tələb edir. PSJ isə təzminat qiymətini aşağı salacağına ümid edir.

Maurisio Poçettino 2021-ci ilin yanvarından PSJ-nin baş məşqçisidir. Yaxın vaxtlarda onun yerini “Nitsa”nın hazırkı çalışdırıcı Kristof Qaltye tutacağı gözlənilir.

Bütün xəbərlər Facebook səhifəmizdə