“Yuventus”dan “Latsio” ilə heç-heçə

Futbol üzrə İtaliya A Seriyasında 37-ci tura yekun vurulub.

SİA Matç.az-a istinadən xəbər verir ki, sonuncu oyun günündə iki qarşılaşma baş tutub.

Dörd qolun qeydə alındığı “Yuventus” – “Latsio” matçında qalib müəyyənləşməyib. “Sampdoriya” isə “Fiorentina”nı darmadağınla yola salıb.

İtaliya A Seriyası
37-ci tur

14 may

Empoli – Salernitana 1:1
Qol: Kutrone, 31 – Bonatsoli, 76.

Udineze – Spetsiya 2:3
Qol: Molina, 26. Mari, 90+4 – Verde, 35. Qyasi, 45+3. Macciore, 47.

Verona – Torino 0:1
Qol: Brekalo, 19.

Roma – Venesiya 1:1
Qol: Şomurodov, 76 – Okereke, 1.

15 may

Bolonya – Sassuolo 1:3
Qol: Orsolini, 90+2-pen – Skamakka, 35; 80. Berardi, 75.

Napoli – Cenoa 3:0
Qol: Osimhen, 32. İnsinye, 65-pen. Lobotka, 81.

Milan – Atalanta 2:0
Qol: Leao, 56. T.Hernandes, 75.

Kalyari – İnter 1:3
Qol: Likoyannis, 54 – Darmian, 25. L.Martines, 51; 84.

16 may

Sampdoriya – Fiorentina 4:1
Qol: Ferrari, 16. Kvalyarella, 30. Torsbi, 71. Sabiri, 84 – Qonzales, 89.

Yuventus – Latsio 2:2
Qol: Vlahoviç, 10. Morata, 36 – A.Sandro, 51-öz qapısına. Milinkoviç-Saviç, 90+5.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...