"Cəsur Kadet" sınaq günlərinin açılış mərasimi keçirilib - YENİLƏNİB - FOTOLAR

“CƏSUR KADET” sınaq günləri keçiriləcək

Bu gün Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibətilə, “Cəsur kadet” sınaq günlərinin açılış mərasimi keçirilib. SİA xəbər verir ki, açılış mərasimində Gənclər və idman naziri Fərid Qayıbov, təhsil nazirinin müavini Firudin Qurbanov, Müdafiə Nazirliyinin idarə rəisinin müavini Elşad Əbilov, Səfərbərlik Xidmətinin idarə rəisi Füzuli İsmayılov, Respublika Veteranlar Şurasının sədr müavini Cəlil Xəlilov çıxış ediblər. Hərbi Qənimətlər Parkının yanında hazırlanmış xüsusi zonada təşkil ediləcək tədbirin əsas məqsədi hərbi-vətənpərvərlik ideyalarının təbliği, gənclərin fiziki hazırlığına və sağlam həyat tərzinə diqqətin artırılmasıdır. “Şahin” hərbi-idman oyununun final mərhələsi ilə start götürəcək yarışlarda zonalar üzrə qalib gəlmiş 18 komanda mübarizə aparıb.

Mayın 11-dən 15-dək isə hər bir vətəndaş müxtəlif yaş qrupları və normativlər üzrə öz bacarıqlarını sınaya bilər. Tədbir bütün əhali üçün açıq olacaq, iştirak üçün öncədən qeydiyyata ehtiyac yoxdur.

Hər kəs aşağıdakı hərbi və fiziki tapşırıqları yerinə yetirməklə müvafiq sertifikat əldə edə bilər:

• Qaçış;
• Turnikdə dartınma;
• Taxta hasarın üstündən keçməklə maneənin dəf olunması;
• Kəndir vasitəsilə "təhlükəli zolağın" qət olunması;
• Kəndir vasitəsi ilə yüksəkliyə dırmanma və yüksəklikdən enmə;
• Sürünməklə maneənin dəf olunması;
• İstehkamda yerləşərək hədəfə “qumbara” atma.

Gəlin, əzmkarlığınızı nümayiş etdirin, mükafatçılardan biri olun!

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə