Şuşa və Ağdam komandaları Region Liqasında çıxış edəcək

Ermənistanın işğalından azad olunmuş Şuşa və Ağdam şəhərlərinin komandaları AFFA-nın layihəsi olan Region Liqasında mübarizə aparacaq. Matc.az xəbər verir ki, bu barədə AFFA-nın “Facebook”dakı rəsmi səhifəsi məlumat yayıb.

Bildirilib ki, bu şəhərlərin təmsilçiləri 2022/23 mövsümündən Region Liqasında çıxış edəcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə