Deyəsən, Kuman öz xoşuna gedənə oxşamır axı...

Xəbəriniz olsun, ötən gün, “Barselona” azarkeşləri “Real”a uduzduqdan sonra evə gedən Kumanın maşınına hücum ediblər. Belə ki, fanatlar Kumanın olduğu maşını mühasirəyə alaraq döyəcləməyə və yüksək səslə qışqırmağa başlayıblar.

Maraqlıdır ki, klub rəhbərliyi arkeşlərinin bu hərəkətini pisləyib.

Belə ki, rəhbərlik “Barselona”nın baş məşqçisinin “Kamp Nou”nu tərk edərkən üzləşdiyi “qəddar və iyrənc” davranışı açıq şəkildə tənqid edib. Belə bezdirici hadisələrin bir daha təkrarlanmaması üçün klub lazımi təhlükəsizlik və intizam tədbirləri görəcəyini bildirib.

Əla! Daha bundan sonra Kuman hara gedər? Sizi bilmirəm, amma mən onun öz xoşuna gedəcəyinə inanmıram...

Ağasəf

Müəllif: Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...