Hollandiya millisində yeni baş məşqçi - KİM OLDU?

Luis van Qaal, Hollandiya milli futbol komandasına baş məşqçi təyin edilib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, o bu posta Frank de Burun istefasından sonra gətirilib. Hollandiya Futbol Federasiyası, Qətərdə keçiriləcək 2022 FIFA Dünya Kubokunun sonuna qədər Van Qal ilə razılıq əldə edildiyini açıqlayıb. Təcrübəli məşqçiyə Danni Blind, Frans Hoek və Henk Fraser kömək edəcəkləri bildirilib.

5 il əvvəl "Ayaks", "Barselona", ​​"AZ Alkmaar", "Bavariya" və son olaraq "Mançestr Yunayted"də məşqçilik edən 69 yaşlı Van Qaal, Hollandiya Milli Komandasını üçüncü dəfə baş məşqçi təyin olunub. Hollandiyalı məşqçi daha əvvəl 2000-2002 və 2012-2014-cü illərdə çalışdırdığı milli komandası ilə birlikdə 2014 Dünya Kubokunda üçüncü yeri tutmuşdu.

Ziya Hikmətoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...