“Çelsi” və “Vest Hem” evdə qələbə qazanıblar

Futbol üzrə İngiltərə Premyer Liqasında 27-ci tura yekun vurulub.

SİA xəbər verir ki, sonuncu oyun günündə iki görüş baş tutub.

“Çelsi” doğma meydanda “Everton”la qarşılaşıb. London təmsilçisi bu oyundan inamlı qələbə ilə ayrılıb.

Turun son matçında isə “Vest Hem” “Lids” üzərində inamlı qələbəyə sevinib.

İngiltərə Premyer Liqası

27-ci tur

8 mart

Çelsi – Everton 2:0

Qol: Qodfri, 31-öz qapısına. Jorjinyo, 65-pen.

Vest Hem – Lids 2:0

Qol: Linqard, 21. Douson, 28.

6 mart

Bernli – Arsenal 1:1

Qol: Vud, 39 – Obameyanq, 6.

Şeffild Yunayted – Sauthempton 0:2

Qol: Uord-Prouz, 32-pen. Adams, 49.

Aston Villa – Vulverhempton 0:0

Brayton – Lester 1:2

Qol: Lallana, 10 – İheanaço, 62. Amartey, 87.

7 mart

Vest Bromviç – Nyukasl 0:0

Liverpul – Fulhem 0:1

Qol: Lemina, 45.

Mançester Siti – Mançester Yunayted 0:2

Qol: B.Fernandes, 2-pen. Şou, 50.

Tottenhem – Kristal Pelas 4:1

Qol: Beyl, 25; 49. Keyn, 52; 76 – Benteke, 45+1.

Bütün xəbərlər Facebook səhifəmizdə