Serbiya millisinin yeni baş məşqçisi açıqlandı

Azərbaycan millisinin DÇ-2022-nin seçmə mərhələsindəki rəqiblərindən olan Serbiya yığmasının yeni baş məşqçisi açıqlanıb.

SİA Serbiya Futbol İttifaqının rəsmi saytına istinadən xəbər verir ki, komandanın sükanı arxasına Draqan Stoykoviç gətirilib.

55 yaşlı mütəxəssislə imzalanmış müqavilənin detalları açıqlanmayıb.

Qeyd edək ki, Azərbaycan millisi seçmə mərhələdə Serbiya, Portuqaliya, İrlandiya, Lüksemburq və Qətərlə birlikdə A qrupunda mübarizə aparacaq. Yığma serbiyalılarla ilk oyununu martın 30-da Bakı Olimpiya Stadionunda keçirəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə