Nuriyev Levandovskini üstələdi, rəmzi komandaya düşdü

"Transfermarkt" saytı Avropanın "Top-10" liqalarında qol nisbətinə görə ən yaxşı futbolçuların adlarını açıqlayıb.

SİA-nın məlumatına görə, siyahıya Ukraynanın "Minay" klubunun əslən azərbaycanlı hücumçusu Anatoli Nuriyev başçılıq edir.

Premyer Liqanın cari mövsümündə 8 dəfə fərqlənən 26 yaşlı forvard komandasının vurduğu 12 qolun 66 faizinə imza atıb. O, Almaniya "Bavariya"sından Robert Levandovski (41 faiz), İspaniya "Vilyrreal"ından Jerar Moreno (42 faiz) və İngiltərə "Nyukasl"ından Kallum Uilson (37 faiz) kimi hücumçuları geridə qoyub.

Nuriyev ölkə çempionatında isə Peşəkar Futbol Liqası tərəfindən XVI turun rəmzi komandasına seçilib. Forvard Donetsk "Olimpik"i ilə ev oyununda (2:1) dubl edərək, komandasına vacib qələbə qazandırıb.

"Minay" 15 oyundan 13 xalla 14 komanda arasında 12-ci pillədə qərarlaşıb. Nuriyev isə 8 qolla bombardirlər siyahısında üçüncüdür və liderdən 2 top geridədir.

Qeyd edək ki, Anatoli Nuriyev və Rüstəm Əhmədzadə Azərbaycan millisinə namizəd oyunçulardır. Nuriyev vətəndaşlıq almaq üçün bu yaxınlarda Bakıya gələrək müvafiq sənədlərə qol çəkib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...