“Mets” səfərdə qələbə qazanıb, PSJ “Dijon”u darmadağın edib

Futbol üzrə Fransa çempionatında 27-ci turun oyunları keçirilir.

SİA xəbər verir ki, şənbə günü daha iki görüş baş tutub.

“Bordo” doğma meydanda “Mets”lə qarşıllaşıb. Üç qolun qeydə alındığı matç qonaqların qələbəsiylə yekunlaşıb.

PSJ bu turda “Dijon”un qonağı olub. Paris təmsilçisi bu oyunda darmadağına sevinib.

Fransa Liqa 1

27-ci tur

26 fevral

Renn – Nitsa 1:2

Qol: Terrye, 39 – Quiri, 19-pen. Daniliu, 58.

27 fevral

Bordo – Mets 1:2

Qol: Kalu, 14 – Dileyni, 72. Vaqner, 90+1.

Dijon – PSJ 0:4

Qol: Kin, 6. Mbappe, 32-pen; 51. Danilo, 82.

28 fevral

16:00. Monako – Brest

18:00. Anje – Lans

18:00. Loryan – Sent-Etyen

18:00. Nim – Nant

18:00. Reyms – Monpelye

20:00. Lill – Strasburq

00:00. Olimpik (Marsel) – Olimpik (Lion)

Bütün xəbərlər Facebook səhifəmizdə