“Ştutqart”, “Bavariya” və Dortmund “Borussiya”sından darmadağın

Futbol üzrə Almaniya Bundesliqasında 23-cü turun oyunları keçirilir.

SİA xəbər verir ki, şənbə günü daha beş qarşılaşma baş tutub.

“Ştutqart” “Şalke”ni darmadağınla yola salıbsa, “Volfsburq” “Herta” üzərində inamlı qələbəyə sevinib.

Lider “Bavariya” bu turda “Köln”ü qəbul edib və böyük hesabla qalib gəlib.

Dortmund “Borussiya”sı da autsayder “Arminiya”nı darmadağın edib.

Turnir cədvəlinin 2-ci sırasında qərarlaşan “Leyptsiq”in rəqibi isə Münhenqladbax “Borussiya”sı olub. Beş qolun qeydə alındığı bu görüşdə də də qələbəni meydan sahibləri bayram edib.

Almaniya Bundesliqası

23-cü tur

26 fevral

Verder – Ayntraxt 2:1

Qol: G.Selassie, 47. Sargent, 62 – A.Silva, 9.

27 fevral

Bavariya – Köln 5:1

Qol: Şupo-Motinq, 18. Levandovski, 33; 65. Qnabri, 82; 86 – Skhiri, 49.

Ştutqart – Şalke 5:1

Qol: Endo, 10; 26. Kaladziç, 34. Kleman, 88. Didavi, 90+2 – Kolaşinaç, 40.

Volfsburq – Herta 2:0

Qol: Klunter, 38-öz qapısına. Lakro, 89.

Borussiya (Dortmund) – Arminiya 3:0

Qol: Dahud, 48. Sanço, 58-pen. Reynier, 81.

Leyptsiq – Borussiya (Münhenqladbax) 3:2

Qol: Nkunku, 57. Poulsen, 66. Sorlot, 90+3 – Hofmann, 6-pen. Turam, 19.

28 fevral

16:30. Union Berlin – Hoffenhaym

18:30. Maynts – Auqsburq

21:00. Bayer – Frayburq

Bütün xəbərlər Facebook səhifəmizdə