Əhmədnəbi Qvarzatilov və Cəbrayıl Hacıyev finalda

Ukraynada güləş üzrə Kiyev turniri davam edir.

SİA xəbər verir ki, yarışın ikinci günündə 8 güləşçimiz mübarizəyə qoşulub.

Əhmədnəbi Qvarzatilov ilk görüşdə Macarıstan güləşçisinə vaxtından əvvəl qalib gəlib.

Yığmamızın təcrübəli üzvü ukraynalı rəqibinə də eyni aqibəti yaşadaraq yarımfinala yüksəlib. Qırğızıstan güləşçisindən də güclü olan Qvarzatilov finala vəsiqə qazanıb.

Böyüklər arasında debüt edən Cəbrayıl Hacıyev əvvəlcə moldovalı rəqibini üstələyib. Gənc güləşçimiz daha sonra yerli pəhləvan üzərində əzmkar qələbə qazanaraq adını yarımfinala yazdırıb. Cəbrayıl Qırğızıstan təmsilçisinə də gücünü göstərərək finala adlayıb.

Rəşad Yusifli yarışa türk həmkarı üzərində inamlı qələbəylə başlasa da, növbəti mərhələdə məğlub olub.

Osman Nurməhəmmədov debütdə Belarus təmsilçisinə sonuncu xal prinsipinə əsasən məğlub olub.

Vahid Qalayev startda təcrübəli Rusiya güləşçisini məyus edib. Ancaq daha sonra polşalı həmkarına uduzub.

Tatyana Varansova ilk mərhələdə yerli güləşçiyə müqavimət göstərə bilməyib. 53 kq-dakı digər təmsilçimiz Leyla Qurbanova isə moldovalı rəqibinə yenilib.

Tatyana Omelçenko təsnifat mərhələsində Polşa idmançısı üzərində inamlı qələbə qazanıb. Ancaq 1/8 finalda dünya və 3 qat Avropa çempionu olmuş ukraynalı rəqibi ilə bacarmayıb.

Qeyd edək ki, bu çəkilərdə təsəlliverici və medal görüşləri fevralın 28-də keçiriləcək. Təsəlliverici görüşlər Bakı vaxtı ilə saat 14:00-da, medal qarşılaşmaları isə 16:00-da başlayacaq.

Sərbəst güləş

61 kq

1/8 final: Əhmədnəbi Qvarzatilov – Rişard Vilhelm (Macarıstan) 13:2

1/4 final: Əhmədnəbi Qvarzatilov - Kamil Kərimov (Ukrayna) 11:0

1/2 final: Əhmədnəbi Qvarzatilov - İkramcan Hacımuradov (Qırğızıstan) 7:4

FİNAL: Əhmədnəbi Qvarzatilov - Andrey Celep (Ukrayna)

70 kq

1/8 final: Cəbrayıl Hacıyev – Georgi Robu (Moldova) 6:2

1/4 final: Cəbrayıl Hacıyev - İvan Kusyak (Ukrayna) 4:3

1/2 final: Cəbrayıl Hacıyev - İslambek Orozbekov (Qırğızıstan) 5:3

FİNAL: Cəbrayıl Hacıyev - İlyas Bekbulatov (Özbəkistan)

79 kq

Təsnifat: Rəşad Yusifli – Abdullah Arslan (Türkiyə) 7:1

1/8 final: Rəşad Yusifli - Arman Avaqyan (Ermənistan) 5:10

92 kq

1/8 final: Osman Nurməhəmmədov – Ömərhacı Məhəmmədov (Belarus) 3:3*

125 kq

1/8 final: Vahid Qalayev – Anzor Boltukayev (Rusiya) 5:1

1/4 final: Vahid Qalayev - Kamil Kosçiolek (Polşa) 2:13

Təsəlliverici görüş: Vahid Qalayev - Ekrem Karabulut (Türkiyə)

Qadın güləşi

53 kq

Təsnifat: Tatyana Varansova – Nataliya Klivçutska (Ukrayna) 2:12

1/8 final: Leyla Qurbanova – Yuliya Leorda (Moldova) 0:6

62 kq

Təsnifat: Tatyana Omelçenko – Katarjina Madrovska (Polşa) 7:2

1/8 final: Tatyana Omelçenko - Yuliya Tkaç (Ukrayna) 3:13

Bütün xəbərlər Facebook səhifəmizdə