Azərbaycan Premyer Liqasında mövsümün ən uzun qələbə seriyası qırılıb. SİA PFL-in saytına istinadən xəbər verir ki, ardıcıl 5 oyunda qalib gələn “Neftçi” “Zirə” ilə səfər matçından xalsız ayrılıb – 0:1.
XVII turun görüşünədək bakılılar son xal itkisini də məhz eyni rəqiblə görüşdə yaşamışdı. XI turun ev görüşündə qolsuz sülh qeydə alınmışdı. Ardınca “Neftçi” “Sabah” (2:0), “Keşlə” (2:1), “Səbail” (3:1), “Qarabağ” (2:1) və “Qəbələ”ni (1:0) məğlub edib.
Qeyd edək ki, ikinci ən uzun qələbə seriyası “Qarabağ”a məxsusdur. Ağdamlılar iki dəfə üç qələbədən ibarət seriyaya imza atıb.
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)

.jpg)

USD
EUR
GBP
RUB