"Qarabağ" komandası "Səbail" ilə qarşılaşacaq

"Qarabağ" komandası bu gün Azərbaycan Premyer Liqasının V turundan təxirə salınan "Səbail"lə matça futbolçu itkiləri ilə çıxacaq.

SİA-nın məlumatına görə, zədəli Filip Ozobiç hələ də hazırlıq proseslərinə qoşula bilmir.

Məşqlərin birində xəsarət alan 30 yaşlı xorvatiyalı yarımmüdafiəçinin müalicəsi davam edir. Ozobiçin fevralın 1-də Azərbaycan Kubokunun 1/4 finalında "Qəbələ" ilə ev matçında iştirakı da gözlənilmir.

Bundan əlavə, Ağdam təmsilçisinin müdafiəçiləri Kevin Medina və Donald Gerye də "Səbail"lə oyunu buraxmalı olacaq. Medina XIII turda "Zirə"ni 3:2 hesabı ilə məğlub etdikləri görüşdə qırmızı vərəqə alıb. AFFA İntizam Komitəsi ona iki oyunluq cəza verib. Medina cəzasının bir oyunluq hissəsini səfərdə "Sabah"a 2:1 hesabı ilə qalib gəldikləri XIV tur matçında çəkib.

"Qarabağ" komandaya gec qoşulan haitili cinah oyunçusu Geryeni isə cəzalandırıb və əvəzedici komandaya göndərib.

Qeyd edək ki, bu gün "Azərsun Arena"da keçiriləcək "Qarabağ" - "Səbail" matçı saat 16:00-da başlayacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...