"Yuventus" İtaliya Superkubokunun sahibi olub, Ronaldo futbol tarixinə düşüb

İtaliya Superkubokunun sahibi müəyyənləşib.

SİA xəbər verir ki, həlledici matçda "Yuventus" və "Napoli" komandaları qarşılaşıb. Görüş Turin təmsilçisinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.

"Yuventus" - "Napoli" - 2:0
Qollar: Ronaldo, 64, Morata, 90+5

Bununla da "Yuventus" tarixində 9-cu dəfə Superkuboku qazanıb. Komadna bundan əvvəl 1995, 1997, 2002, 2003, 2012, 2013, 2015 və 2018-ci illərdə bu turnirin qalibi olmuşdu.

Bu oyun “Yuventus”un hücumçusu Kristiano Ronaldo üçün də əlamətdar olub. Portuqaliyalı futbolçu bu görüşdə hesablı açmaqla futbol tarixinin ən çox qol vuran oyunçusuna çevrilib. 35 yaşlı hücumçu karyerası ərzində vurduğu qolların sayını 760-a yüksəldib. Bununla da o, çex hücumçu Josef Biçanın bu göstəricidəki rekordunu (759 qol) geridə qoyub. Ronaldo Portuqaliya millisi, "Sportinq" (Lissabon), "Mançester Yunayted", "Real" və "Yuventus"da ümumilikdə 1036 matç keçirib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...