"Qarabağ" - "Qəbələ" matçı təxirə salınıb

Azərbaycan Premyer Liqasının XII turunun "Qarabağ" – "Qəbələ" oyunu "Qarabağ"ın heyətində 7 futbolçuda COVID-19 testinin nəticəsi pozitiv olduğu üçün 06.12.2020 tarixdə baş tutmayacaq. SİA xəbər verir ki, Premyer Liqada XII turun bütün qarşılaşmaları təxirə salınır. Turun keçiriləcəyi tarixlə bağlı əlavə məlumat Peşəkar Futbol Liqasının rəsmi saytında yerləşdiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə