"Qarabağ"ın məşqçisi: "Qələbə üçün meydana çıxmışdıq"

"Çətin oyun oldu, yaxşı komandaya qarşı oynadıq. Qələbə üçün meydana çıxmışdıq".

SİA-nın məlumatına görə, bunları “Qarabağ”ın məşqçisi Elçin Rəhmanov UEFA Avropa Liqasının qrup mərhələsinin V turunda Türkiyənin İstanbul şəhərindəki “Başakşehir Fatih Terim” stadionunda İsrailin “Makkabi” (Tel-Əviv) komandası ilə 1:1 hesablı heç-heçə etdikləri matçdan sonra mətbuat konfransında deyib.

41 yaşlı mütəxəssis yaxşı oyuna görə futbolçulara təşəkkür edib: "Oyunun gedişatı onu göstərirdi ki, hər iki komanda fərqlənə bilərdi. Yekunda 1 xal qazandıq. Futbolçulara təşəkkür edirəm, yaxşı mübarizə apardılar, xarakter göstərdilər".

Bütün xəbərlər Facebook səhifəmizdə