“Benevento” futbol klubu növbəti mövsümdən A Seriyasında mübarizə aparmaq hüququ qazanıb
Futbol üzrə İtaliya B Seriyasında sona yeddi tur qalmış birinciliyi təmin edən “Benevento” eyni zamanda növbəti mövsümdən A Seriyasında mübarizə aparmaq hüququ qazanıb.
SİA xəbər verir ki, Filippo İnzaqinin çalışdırdığı sözügedən komanda 31-ci tur çərçivəsində “Yuve Stabio” ilə ev oyunundan 1:0 hesablı qələbə ilə ayrılıb.
31 oyuna 76 xal toplayan “Benevento” artıq bütün rəqibləri üçün əlçatmaza çevrilib. Sözügedən komandanın əsas izləyicisi “Krotone”nin 52 xalı var.
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)

.jpg)

USD
EUR
GBP
RUB