Ukrayna millisini daha 2,5 il Andrey Şevçenko çalışdıracaq

Futbol üzrə Ukrayna millisinin baş məşqçisi Andrey Şevçenkonun yığmadakı taleyinə aydınlıq gəlib.

SİA Ukrayna mətbuatına istinadən xəbər verir ki, yerli federasiya Şevçenko ilə müqavilənin müddətini uzadacaq. Yeni müqavilə 2,5 illik nəzərdə tutulur.

Şevçenko 2016-cı ildən Ukrayna millisini çalışdırır.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...