Çempionlar Liqasının XXI əsrdə keçirilən final oyunlarının ən yaxşı futbolçuları müəyyənləşib

Çempionlar Liqasının XXI əsrdə keçirilən final oyunlarının ən yaxşı futbolçuları müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, “Squawka” potalının dəyərləndirməsi zamanı oyunçuların qələbənin əldə olunmasındakı payı, meydandakı faydalılığı və komandaya təsiri nəzərə alınıb.

Araşdırma zamanı finalın ən yaxşı oyunçusu adını qazananların göstəriciləri müqayisə olunub. 2010/11 mövsümündə “Mançester Yunayted”lə matçdakı oyununa görə Lionel Messi finalların ən yaxşısı seçilib. Zinəddin Zidan ikinci, Xavi üçüncü olub. Kriştianu Ronaldo isə yalnız 11-ci yeri tutub.

1. Lionel Messi (“Barselona” – “Mançester Yunayted” – 3:1, 2010/11)
2. Zinəddin Zidan (“Real” – “Bayer” – 2:1, 2001/02)
3. Xavi (“Barselona” – “Mançester Yunayted” – 2:0, 2008/09)
4. Stiven Cerrard (“Liverpul” – “Milan” – 3:3, pen.3:2, 2004/05)
5. Oliver Kan (“Bavariya” – “Valensiya” – 1:1, pen.5:4, 2000/01)
6. Didye Droqba (“Çelsi” – “Bavariya” – 1:1, pen.4:3, 2011/12)
7. Aryen Robben (“Bavariya” – “Borussiya” D – 2:1, 2012/13)
8. Anxel Di Mariya (“Real” – “Atletiko” – 4:1, 2013/14)
9. Qaret Beyl (“Real” – “Liverpul” – 3:1, 2017/18)
10. Dieqo Milito (“İnter” – “Bavariya” – 2:0, 2009/10)
11. Kriştianu Ronaldo (“Real” – “Yuventus” – 4:1, 2016/17)

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...

Digər layihələrimiz


Tərəfdaşlarımız


VTB