“Sabah” növbəti transferini reallaşdırıb

"Qəbələ"nin futbolçusu Amin Seydiyev "Sabah" klubuna transfer olunub.

SİA-nın əyalət təmsilçisinin rəsmi saytına istinadən məlumatına görə, 22 yaşlı müdafiəçinin paytaxt klubuna keçidi ilə bağlı razılıq əldə olunub. Onunla 3 illik müqavilə bağlanılıb.

"Qəbələ" və "Sabah" arasında razılaşma 2019/2020 mövsümünün ardından qüvvəyə minəcək. Həmin vaxtdan futbolçu karyerasını Bakı təmsilçisində davam etdirəcək.

Qeyd edək ki, "Qəbələ" Futbol Akademiyasının yetirməsi olan Amin Seydiyev əsas komandada 2017/2018 mövsümündə debüt edib. O, 39 oyunda 1 qol vurub. Seydiyev "Sabah"ın ilk yay transferidir.

Bütün xəbərlər Facebook səhifəmizdə