“Uotford” klubunda kpronavirusa yoluxan futbolçunun adı bəlli oldu

Xəbər verdiyimiz kimi, İngiltərənin “Uotford” klubunda biri futbolçu olmaqla üç nəfərdə koronavirus aşkarlanıb.

SİA xəbər verir ki, pandemiyaya yoluxan futbolçunun kimliyi bəlli olub. Bu, Adrian Mariappadır. O, “The Telegraph” nəşrinə açıqlamasında bunu özü bildirib.

Xatırladaq ki, İngiltərə Premyer Liqasının rəsmi saytı ötən gün bütün elita təmsilçilərində sadəcə, 6 nəfərdə koronavirus aşkarlandığını açıqlamışdı. Onlardan biri də “Bernli”nin köməkçi məşqçisi Yan Voandır.

Bütün xəbərlər Facebook səhifəmizdə