Safari rallisi təxirə salınıb

İyulun 16-19-da Keniyada keçirilməsi nəzərdə tutulan Safari rallisi ləğv olunub. SİA-nın məlumatına görə, bu qərarı Beynəlxalq Avtomobil Federasiyası, Dünya Ralli Seriyasının rəhbərliyi və Keniya hökuməti birgə veriblər. Birgə açıqlamada yarışın gələn il təşkil olunacağı vurğulanıb.

Qərar iştirakçı və təşkilatçıların sağlamlığını qorumaq, həmçinin pandemiya dövründə loqistika məsələlərinin çətinliyi səbəbindən qəbul edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...