"Latsio" "İnter"i məğlub yola salıb

Fevralın 16-da İtaliya A Seriyasının 24-cü turunun mərkəzi qarşılaşması keçirilib.

SİA xəbər verir ki, "İnter" klubu səfərdə "Latsio"nun qonağı olub. Paytaxt "Olimpiko"da keçirilən görüşdə "Latsio" 2:1 hesabı ilə qələbə qazanıb.

Görüşdə hesabı "İnter" 44-cü dəqiqədə Eşli Yanqın sayəsində açsa da fasilədən sonra meydan sahibləri ardıcıl iki qol vuraraq vacib qələbə qazanıblar. "Latsio"nun heyətində Ciro İmobile və Serj Milinkoviş Saviç fərqləniblər.

Bu qələbə sayəsində "Latsio" 56 xal yığaraq turnir cədvəlində ikinci pilləyə yüksəlib. "İnter" isə 54 xalla üçüncü yerdə qərarlaşıb. Qeyd edək ki, tura fevralın 17-də "Milan" - "Torino" oyunu ilə yekun vurulacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə