Ən çox nokaut edən 5 ağır çəkili boksçu

Boks üzrə dünya çempionları arasında kifayət qədər əfsanəvi şəxsiyyət var idi. Bu idmanda ən çox diqqəti cəlb edən biri ağır çəkidiəki döyüşlərdir. SİA-nın hazırladığı materiala əsaən, ağır çəkidə yarışmış düya çempionlarından ən çox nokautla qazanan 5 boksçu:

5-ci yer - Mayk Tayson

Sonuncu dəfə “Dəmir Mayk”, demək olar ki, 15 il əvvəl döyüşmüşdü. Həmin döyüşdə Kevin Makbrideni 6-cı raundda nokautla məğlub etmişdi.

Lakin,o zaman 39 yaşlı Tayson zirvədən çox uzaq idi. O 58 döyüşün 44-də nokautla qalib gəlib. Faiz baxımından bu 76% -dir.

4-cü yer - Corc Forman

Bir vaxtlar Məhəmməd Əli ilə 8 raund davam dən döyüşə də çıxmışdı. İndi 70 yaşı tamam olan Amerika və dünya boksunun daha bir əfsanəsidir. Formanın son döyüşü 1997-ci ilin noyabr ayına təsadüf edir.

Corc Formanın qələbələrinin 85% -i nokautla bitib (81-dən 69-u). Forman boksdan ayrıldıqdan sonra biznesdə kifayət qədər uğurlu bir karyera qura bilib.

3-cü yer - Vitali Kliçko

İndi Vitali Ukraynanın siyasi həyatının fəal iştirakçısıdır. Onun boks karyerası olduqca uğurla inkişaf edib. Vitali hesabındakı 47 qələbənin 41-i nokautladır. Bu nəticəni faizə çevirsək 87-ə bərabər say görərik.

2-ci yer - Rokki Marciano

Təəssüf ki, Amerikada yaşamış, italyan kökləri olan bu əfsanəvi boksçu erkən gedib. 1969-cu ildə 45 yaşında vəfat edib.

Rokki böyük bir idman karyerası qura bilib. 49 döyüşün heç birində məğlub olmayıb və qələbələrin 87 faizində nokautla qalib gəlib. Ümumilikdə 43 erkən qələbəsi var.

1-ci yer - Deontey Uaylder

Siyahımızda ən çox nokautla qalib gəlmə dərəcəsi olan yeganə aktiv boksçudur. İndi də yarışlara davam edən Deonteyin peşəkar karyerasında 43 qələbəsi olub ki, bunun da 41-ini nokauta salıb. Faiz baxımından bu 97% -dir.

Müəllif: Şiraslan Vəliyev

Bütün xəbərlər Facebook səhifəmizdə