Futbolçumuzun zədəsinin bərpa müddəti bəlli olub

Futbol üzrə Azərbaycan milli komandasının məşqində zədələndiyi üçün heyətdən çıxarılan kapitan Maksim Medvedev, təxminən, 10 gün yaşıl meydanlardan kənar qalacaq. SİA-nın məlumatına görə, bu barədə 32 yaşlı müdafiəçinin formasını geyindiyi “Qarabağ”ın mətbuat katibi Nurlan İbrahimov məlumat verib.

Onun sözlərinə görə, Medvedevin yığmanın ilk məşqində ayaq əzələsi dartılıb.

Təcrübəli futbolçu noyabrın 22-də Premyer Liqanın XII turunda “Sumqayıt”la səfər görüşünü buraxacaq. Onun noyabrın 28-də UEFA Avropa Liqasının qrup mərhələsinin V turunda “Sevilya” ilə İspaniyadakı matçda forma geyinməsi də sual altındadır.

Qeyd edək ki, Azərbaycan millisi noyabrın 19-da AVRO-2020-nin seçmə mərhələsinin son oyununda Slovakiya yığmasının qonağı olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə