“Bavariya"nın qapıçısı Manuel Noyer milli karyerasını başa vurmağa hazırlaşır. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, 33 yaşlı qolkiper AVRO-2020-dən sonra Almaniya yığmasından getməyi düşünür.

Onun "Barselona"lı həmkarı Mark-Andre ter Ştegenin sözlərindən məyus olduğu və bu üzdən ayrılmaq qərarına gəldiyi bildirilir. Qeyd edək ki, Manuel Noyer 2009-cu ildən Almaniya yığmasının əsas qapıçısıdı.

Bütün xəbərlər Facebook səhifəmizdə