Mourinyo bu futbolçunu komandasında görmək istəyir

“Mançester Yunayted”in baş məşqçisi Joze Mourinyo komandanın müdafiə xəttini gücləndirməyə qadir olan futbolçuların qış transferi zamanı axtarışını davam etdirir. “The Times” qəzeti yazır ki, portuqaliyalı mütəxəssisin növbəti hədəfi “Napoli”nin seneqallı müdafiəçisi Kalidu Kulibali olub.

27 yaşlı futbolçu bu ilin sentyabrında italyan klubu ilə müqaviləsinin müddətini 2023-cü ilədək uzadıb. KİV-lərin məlumatına görə, razılaşmaya dəbbə pulunun miqdarı daxil edilməyib və neapolitanların rəhbərliyi artıq Kulibaliyə 100 milyon avronu aşan sanballı qiymət cədvəli tərtib edib. Bu məbləğ “Mançester Yunayted”in sahiblərini qorxuda bilər. Nəşrin yazdığına görə, Mourinyo klubu bu cür böyük məsrəflərdən ötrü inandırmağa cəhd etməlidir.

Bundan əvvəl xəbər verilmişdi ki, “Barselona” da Kulibalini əldə etməkdə maraqlıdır. KİV-lərdə, həmçinin Maurinyonun tərtib etdiyi qış transferi siyahısında dörd futbolçunun adı olduğu barədə məlumatlar da yer alıb.

Bütün xəbərlər Facebook səhifəmizdə