Dünya çempionu: “İdmançılarımız daim Prezidentimizin, dövlətimizin yanındadır” - AÇIQLAMA - ÖZƏL

Dünya çempionu: “İdmançılarımız daim Prezidentimizin, dövlətimizin yanındadır” - AÇIQLAMA - ÖZƏL

“Gəncədə baş verən hadisələr nəticəsində iki polis zabitimizin həlak olması bütün idmançılarımızı narahat edir. Belə təxribatçı, cinayət əməllərini törədənlər Azərbaycanda sabitliyi pozmaq istəyənlərdir”. Bunu SİA-ya açıqlamasında kikboksinq üzrə dünya və Avropa çempionu, “Sərhədçi” İdman Olimpiya Mərkəzinin baş məşqçisi Fuad Zeynalov deyib.

O qeyd edib ki, Azərbaycanın inkişafını, dünyada söz sahibinə çevrilməsini istəməyənlər burada təxribatlar törmətməyə cəhd edirlər: “Ölkəmizdə olan xalq və iqtidar birliyi heç vaxt təxribatçıların istəklərinə çatmasına imkan verməyəcək. Azərbaycan dövləti xalqımızın sosial vəziyyətinin yaxşılaşdırılması, ölkəmizin inkişafı üçün yorulmadan çalışır. İdmançılarımız, bütün xalqımız kimi, daim Prezidentimizin, dövlətimizin yanındadır”.

Bütün xəbərlər Facebook səhifəmizdə