Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin həyata keçirdiyi tədbirlər planına müvafiq olaraq Maştağa Olimpiya İdman Kompleksində sambo üzrə gənclər arasında Bakı şəhər açıq birinciliyi keçirilib. SİA-nın məlumatına görə, birincilikdə "Neftçi" İSM, "Zenit" İC, "Pəhləvan" İK, "16 saylı UGİM", "Yasamal" İK, "6 saylı UGİM", "11 saylı UGİM", "Lokomotiv" İSM, "Çevik" İK, "Şağan" İK, "Şahin" İK, "Ruslan" İK, "Zirvə" İK, "Gömrükçü" İSM, "DİN" İC idman cəmiyyət və klublarını təmsil edən 139 idmançı 10 çəki dərəcəsi üzrə yarışıblar. (48 kq, 52 kq, 57 kq, 62 kq, 68 kq, 74 kq, 82 kq, 90 kq, 100 kq, +100 kq). Yarışda 48 kq çəki dərəcəsində gənclər arasında I yerə Məmmədov Vurğun ("Yasamal" İK), 52 kq çəki dərəcəsində Eyvazzadə Hüseyn ("Neftçi" İSM), 57 kq çəki dərəcəsində Umbayev Nəsimi ("Lokomotiv" İC), 62 kq çəki dərəcəsində Şeydayev Əli ("Neftçi"İSM), 68 kq çəki dərəcəsində Mustafayev Elvin ("Pəhləvan" İK), 74 kq çəki dərəcəsində Kərimli Tural ("Neftçi"İSM), 82 kq çəki dərəcəsində Qasımov Kənan ("Gömrükçü" İSM), 90 kq çəki dərəcəsində Şəkərəliyev Fəqan ("Lokomotiv" İC), 100 kq çəki dərəcəsində Məmmədli Amil ("Çevik" İK), +100 kq çəki dərəcəsində Cəfərli Elşən ("Neftçi" İSM) layiq görülüb.
Birincilikdə I, II, III yerlərə layiq görülmüş idmançılar Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən qiymətli xatirə hədiyyələri və diplomlarla təltif ediliblər.
Birincilikdə I, II, III yerlərə layiq görülmüş idmançılar Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən qiymətli xatirə hədiyyələri və diplomlarla təltif ediliblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB