Londonun ən yaxşı futbolçusu Harri Keyn seçilib

"Tottenhem"in hücumçusu Harri Keyn 2017-ci ildə Londonun ən yaxşı oyunçusu seçilib. SİA-nın məlumatına görə, bu münasibətlə 24 yaşlı forvarda "London Football Awards" mükafatı təqdim olunub. Keyn mükafata gedən yolda Sezar Azpilikueta ("Çelsi"), komanda yoldaşları Son Yun Min, Kristian Eriksen və Vilfrid Zahanı ("Kristal Palas") qabaqlayıb. İngilis futbolçu ötən mövsüm 29 qolla Premyer Liqanın bombardiri olmuşdu.

Qeyd edək k, Londonda ötən ilin ən yaxşı baş məşqçisi Roy Hocson (Kristal Palas) seçilib.

Bütün xəbərlər Facebook səhifəmizdə