AFFA-nın İntizam Komitəsinin iclası keçirilib

AFFA-nın İntizam Komitəsinin iclası keçirilib. SİA iclasda qəbul edilmiş qərarları nəzərinizə çatdırır:

15 oktyabr 2017-ci il, 2017/2018 mövsümündə, XXVI Topaz Premyer Liqasının VIII turunun “Səbail” – “Neftçi” matçının 85-ci dəqiqəsində “Neftçi” klubunun 10 №-li futbolçusu Derlis Meza Colli ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 200 manat cərimə olunur.

15 oktyabr 2017-ci il, 2017/2018 mövsümündə, XXVI Topaz Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin VIII turunun “Zirə" – “Kəpəz” matçında “Zirə” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 400 manat cərimə olunur.

16 oktyabr 2017-ci il, 2017/2018 mövsümündə, Azərbaycan I divizionun III turunun MOİK – “Şüvəlan” matçında MOİK klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur.

16 oktyabr 2017-ci il, 2017/2018 mövsümündə, Azərbaycan I divizionun III turunun “Binə” – “Qaradağ Lökbatan” matçında “Qaradağ Lökbatan” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur.

16 oktyabr 2017-ci il, 2017/2018 mövsümündə, Azərbaycan I divizionun III turunun “Turan Tovuz” – “Mil-Muğan” matçında “Turan Tovuz” və "Mil-Muğan" klublarınn 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün hər iki klub 80 manat cərimə olunur.

Oyunun 71-ci dəqiqəsində “Mil-Muğan” klubunun 16 №-li futbolçusu Elməddin Məmmədov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur.

11 oktyabr 2017-ci il, Gənclər Liqasında, “Sumqayıt” – “Səbail” matçının 90+2-ci dəqiqəsində “Səbail” klubunun 10 №-li futbolçusu Tahir Zeynalov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır.

16 oktyabr 2017-ci il, Bakcell U-17 Liqasında, “İnter” – “Səbail” matçının 35-ci dəqiqəsində “İnter” klubunun 3 №-li futbolçusu Tofiq Hüseynov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır.

12 oktyabr 2017-ci il, U-16 Liqasında, “Neftçi” İK İB – “Neftçi” PFK matçının 36-cı dəqiqəsində “Neftçi” İK İB klubunun baş məşqiçisi Rafael Əmirbəyov hakimi təhqir etdiyinə görə texniki zonadan kənarlaşdırıldığı üçün 5 oyun cəzalanır.

15 oktyabr 2017-ci il, Boulevard Hotel U-15 Liqasında, “Sumqayıt” – “Səbail” matçının 63-cü dəqiqəsində “Sumqayıt” klubunun 13 №-li futbolçusu İlkin İbrahimov kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır.

14 oktyabr 2017-ci il, U-14 Liqasında, “Gəncə” TİM – TİM (Gəncə) matçının 43-cü dəqiqəsində TİM (Gəncə) klubunun 9 №-li futbolçusu Nahid Tanrıverdiyev ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır.

14 oktyabr 2017-ci il, Coca-Cola U-13 Liqasında, UGİM (Tovuz) – “Qartal” (Tovuz) matçında “Qartal” komandasanın heyətində lisenziyası olmuyan futbolçu iştirak etdiyinə görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilir.

15 oktyabr 2017-ci il, U-10 Liqasında, “Göyçə” (Bakı) – “Sunami” (Sumqayıt) matçında “Göyçə” komandasanın iştirak etməməsinə görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilir.

14 oktyabr 2017-ci il, qızlar arasında keçirilən Yüksək Liqanın “Zaqatala”– “Fidan” matçında “Fidan” komandası iştirak etmədiyinə görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilir.

15 oktyabr 2017-ci il, U-16 qızlar Liqasında, “Əhmədli Yunayted”– “Fidan” matçında “Fidan” komandası iştirak etmədiyinə görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilir.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...