Bədii gimnastika üzrə Azərbaycan yığma komandası dünya çempionatında 4-cü olub

Bədii gimnastika üzrə Azərbaycan yığma komandası Moskvada keçirilən dünya çempionatının dördüncü günü fərdi gimnastların nümayiş etdirdikləri yarışlarda bürünc medal qazanıb.m Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətindən SİA-ya verilən məlumata əsasən, yarışın dördüncü gününü azərbaycanlı gimnast Samirə Mustafayeva topla nümayiş etdirdiyi oyunla açıb. Onun ümumi balı 25.2 olub. Dörd oyunun yekununa görə Mustafayeva 101.25 bal toplayıb.

Öz rəfiqəsindən sonra çıxış edən Anna Qurbanova həmin oyunla 26.1 bal qazanıb. Onun ümumi balı 104.9 olub.

Nəhayət, yığma komandanın lideri Aliyə Qarayeva topla gözəl oyun nümayiş etdirərək, hakimlərdən 27.625 bal alıb. Dörd gün ərzində Aliyə Qarayeva 109.375 bal qazanıb.

Yekunda azərbaycanlı gimnastlar 265.225 bal toplayaraq, komanda hesabında Rusiya və Belarusdan sonra üçüncü yerə çıxarıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...