Tural Hümbətov: “Könüllülərin hazırlıq prosesi uğurla davam edir” AÇIQLAMA
“Formula 1 üzrə Azərbaycan Qran Prisinin könüllülərinin hazırlıq prosesi uğurla davam edir. Artıq könüllülər bir neçə hazırlıq mərhələsindən keçiblər”. Bunu SİA-ya açıqlamasında Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin (BŞH) könüllülər üzrə koordinatoru Tural Hümbətov deyib.
O qeyd edib ki, gələn həftədən könüllülər üçün növbəti təlim mərhələsinə start veriləcək: “Gələn həftə könüllülərin məkan təlimləri başlayacaq. Bu təlimlər Bakı Biznes Mərkəzində keçiriləcək. İlk mərhələdə təlimlərə 300-400 könüllü dəvət olunacaq”.
T.Hümbətov vurğulayıb ki, növbəti həftə həmçinin könüllülərə və işçilərə akkreditasiya vəsiqələri də paylanılacaq: “Akkreditasiya vəsiqələri “AFF Mall"da təqdim olunacaq. Könüllülərə bütün lazımi informasiyalar verilir və onlar həm nəzəri, həm də praktiki məşqlər edirlər. Ötən il olduğu kimi, bu il də ölkəmizdə Formula 1 yarışının ən yüksək səviyyədə keçirilməsinə töhfə vermək üçün əlimizdən gələni edəcəyik”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB