Rəcəb Tayyib Ərdoğan: “Öldük, öldük, dirildik”

Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan referendun öncəsi NTV kanalında qonaq olub. SİA-nın məlumatına görə, canlı yayımda Belçika yığmasına qalib gələn milli komandanın üzvləri - Əmrə, Arda və Nihatla baş nazir arasında maralı diqaloq yaranıb. Ərdoğan Ardaya "Şanslısan, yenə bilyard kimi qol vurdun", - deyərək fikirlərini bildirib. Futbolçu isə "Sizdən öyrənirik", - deyə cavab verib. Baş nazir müəyyən səbəblərdən matçın yalnız ikinci hissəsini izləyə bildiyini qeyd edib. Canlı yayıma telefonla qoşulan digər futbolçular da baş nazirlə fikir mübadiləsi etməyə nail olulbar. Ərdoğan futbolçuları qalibiyyətə görə təbrik edib. Matça baxarkən çox həyacanlandığını bildirən baş nazir "Öldük, öldük, dirildik", - deyə hissəlini ictimaiyyətə çatdırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə